Martın 17-də İrandan bir Azərbaycan vətəndaşı və üç Norveç diplomatı təxliyə olunaraq Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə ölkədən çıxarılıb. Bu barədə Reportun cənub bürosu məlumat yayıb.
Təhlükəsiz keçid prosesi Astara dövlət sərhəd nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Məlumata görə, ABŞ və İsrailin 28 fevralda başladığı hərbi əməliyyatlardan sonra Astara keçid məntəqəsi İrandan çıxmaq istəyən xaricilər üçün əsas dəhlizlərdən birinə çevrilib. Sərhəd ərazisində mobil hospital və müvəqqəti yerləşdirmə mərkəzləri qurulub, keçid prosesi isə müvafiq dövlət qurumlarının koordinasiyası ilə təşkil edilir.

