28 
okt
2023
23:07
250

Xaçmazda şəhid Sadiq Baxışovun anım günü qeyd edilib-FOTO/VİDEO

28 okt, 2023
23:07
250

Xaçmazda şəhid Sadiq Baxışovun anım günü qeyd edilib-FOTO/VİDEO

Xaçmazda şəhid Sadiq Baxışovun anım günü qeyd edilib.

Den.az xəbər verir ki,tədbir rayonun Çarxı kəndində reallaşıb.

Belə ki, 44 Günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biridə şəhid Sadiq Baxışovdur

Sadiq Baxışov 44 günlük Vətən müharibəsinin ən gənc qəhrəmanlarından biridir. O, 2001 ci ilin dekabrın 12 də Xaçmaz rayonu Çarxı kəndində anadan olub. 2020 ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərdən döyüşlərdə fəal olan  şəhidimiz Füzuli rayonun alınmasında böyük şücaət göstərib. Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb .

Qəhrəman şəhidimizin şəhadətə ucalmağindan üç il ötür.  Anım günündə şəhidimizin məzarı ziyarət olunaraq ruhuna dualar oxundu.

Daha sonra məktəblilər şəhidimizə həsr etdikləri vətənpərvərlik ruhda şeirlər səsləndirdilər.

Məlumat üçün bildirəyki , şəhidimiz ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda,  Cəsur döyüşçü və Suqovuşanın azad olmasına görə medalları ilə təltif olunub.

Nüşabə Baxşıyeva

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar