Kyodo agentliyinin məlumatına görə, Okinava və Şimal əraziləri məsələləri üzrə nazir Xitosi Kikavada Hokkaydo prefekturasına səfəri zamanı Kuril adaları barədə söylədiyi sözlərlə siyasi dairələrdə qəzəb doğurub.
Nazir Nossappu burnunu ziyarət edərkən deyib:
“Yəqin ki, bu yer xarici dövlətə ən yaxın nöqtədir.”
Bu ifadə Yaponiyada bir çox siyasətçi tərəfindən adaların Rusiyaya məxsusluğuna eyham kimi qəbul olunub. Baş nazirin kabinetinin baş katibi Minoru Kixara həmkarını “uyğunsuz və iki mənalı” ifadəyə görə açıq şəkildə tənqid edib. Bundan sonra Kikavada rəsmi üzr istəyib.
Cənubi Kuril adalarının mənsubiyyəti ilə bağlı münaqişə Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq qalır. Moskva dəfələrlə bəyan edib ki, bu ərazilər üzərində suverenliyi müzakirə mövzusu deyil.
Gərginlik Tokionun Rusiya ilə bağlı sanksiyalar tətbiq etməsindən sonra daha da artıb və ərazi mövzusunda dialoqun dayanmasına, həmçinin birgə iqtisadi layihələrin ləğvinə gətirib çıxarıb.

