Moskva Arbitraj Məhkəməsi “RUSNANO”nun keçmiş rəhbəri Anatoli Çubaysın, sabiq iqtisadiyyat naziri Yakov Urinsonun və korporasiyanın bir sıra digər keçmiş menecerlərinin əmlak və pul vəsaitlərinin üzərinə həbs qoyub. Bu barədə məlumat məhkəmənin rəsmi saytındakı iş kartotekasında yer alır.
Qeyd olunur ki, iyulun əvvəlində Rusiya Baş Prokurorluğu “RUSNANO”da 6 milyard rubldan artıq vəsaitin mənimsənilməsi ilə bağlı cinayət işini Moskvanın Qaqarin Rayon Məhkəməsinə göndərib.
Daha sonra yayılan məlumatlara görə, Anatoli Çubays hazırda İsraildədir.

