2026-cı il Ukrayna və Prezident Volodimir Zelenski üçün olduqca çətin olacaq, The Guardian yazır.
Nəşrin materialında qeyd olunur ki, yeni il Zelenski üçün siyasi baxımdan ağır keçəcək, çünki Ukraynada seçkilərin keçirilməməsi fonunda onun üzərində daxili və xarici siyasi təzyiqlər artır.
Bundan əlavə, qəzetə danışan ukraynalı hərbçilərdən biri bildirib ki, ukraynalıların əksəriyyəti münaqişənin bitməsi naminə Rusiyanın şərtləri ilə razılaşmağa hazırdır.
“Düşünürəm ki, bu mərhələdə insanların çoxu, döyüşlərin dayanması üçün hətta sərfəli olmayan şərtlərlə belə razılaşmağa meyllidir”, — deyə hərbçi vurğulayıb.
Məqalədə həmçinin qeyd edilir ki, 2026-cı il bir çox ukraynalı üçün psixoloji baxımdan ən ağır il olacaq.

