ABŞ-də “ölkənin ən müəmmalı qatili” kimi tanınan Brayan Kohbergeri ifşa edən əsas sübutlar açıqlanıb. Bu barədə New York Post məlumat yayıb. O, 2025-ci ilin iyulunda Aydaho Universitetinin dörd tələbəsini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Hadisə 2022-ci ilin noyabrında baş verib.
Günahını uzun müddət inkar etməsinə baxmayaraq, Kohberger daha ağır cəzadan yayınmaq üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılaşıb və cinayəti etiraf edib. Əsas sübutlardan biri hücum zamanı istifadə edilən 33 santimetrlik bıçağa aid qın olub — ekspertlər üzərində hücumçunun DNT-sini aşkar ediblər. Bundan əlavə, Nike markalı 46 ölçülü idman ayaqqabısına aid izlər tapılıb; bu izlər Kohbergerin evində aşkarlanan ayaqqabılarla üst-üstə düşüb.
İstintaq müəyyən edib ki, hücumdan sonra şübhəli panikaya düşərək qaçmağa cəhd edib və izlər buraxıb. Cinayətin icrası təxminən dörd dəqiqə çəkib.
Kohberger 2022-ci il 13 noyabr tarixində Moscow şəhərində Aydaho Universitetinin dörd tələbəsini qətlə yetirməkdə təqsirli bilinib. O, gecə saatlarında onların yaşadığı evə daxil olub və soyuq silahla hücum edib. Cinayətin motivləri hələ də açıqlanmayıb.

