İranda neft anbarlarında baş verən partlayışların turşu yağışlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib. Bu barədə İranın “Qırmızı Aypara” təşkilatının Telegram kanalında məlumat verilib.
Bildirilib ki, belə partlayışlar zamanı atmosferə zəhərli karbohidrogen birləşmələri, kükürd və azot oksidləri yayılır. Bu maddələr havaya qarışdıqdan sonra yağışla birlikdə son dərəcə təhlükəli turşu yağıntılarına çevrilə bilər.
Neft anbarlarının partlaması nəticəsində atmosferə böyük miqdarda zəhərli karbohidrogen birləşmələri, kükürd və azot oksidləri buraxılır. Belə vəziyyətdə yağış başlayarsa, yağıntı çox təhlükəli olur və güclü turşu xüsusiyyəti qazanır, – deyə məlumatda qeyd olunur.
Mütəxəssislərin sözlərinə görə, belə turşu yağışları kimyəvi yanıq, dəri zədələnməsi və ağciyərlərin zəhərlənməsi kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

