Avstriyanın Zaltsburq şəhərində əsas dəmir yolu vağzalı təhlükəli kimyəvi maddə sızması səbəbindən bağlanıb. Bu barədə OE24 portalı məlumat yayıb.
Məlumata görə, hadisə yük vaqonundan natrium metilatın sızması ilə bağlıdır. Yanğınsöndürənlər bildirib ki, bu maddə su ilə təmasda olduqda güclü və zəhərli reaksiya yarada bilər.
Hazırda Zaltsburqda ərazinin təmizlənməsi üzrə əməliyyat aparılır və prosesin iki saata qədər davam edə biləcəyi qeyd olunur. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

