İsveç hökuməti Stokholmda yerləşən İran səfirliyinin bəzi əməkdaşlarına qısamüddətli vizaların verilməsini və uzadılmasını dayandırıb.
Bu barədə İsveç rəsmiləri məlumat verib. Qərarın İranda İsveç vətəndaşının edam edilməsinə cavab olaraq qəbul edildiyi bildirilib.
Yeni qərara əsasən, İranın diplomatik nümayəndəliyinin əməkdaşlarına yeni qısamüddətli vizalar verilməyəcək, mövcud vizalar isə uzadılmayacaq.
Daha əvvəl Aİ diplomatiyasının rəhbəri Kaja Kallas da bu edamı sərt şəkildə pisləyib.
“Bu, mənasız zorakılığın qəddar aktıdır.”

