Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bildirib ki, daha əvvəl ölüm cəzasına məhkum edilmiş səkkiz iranlı qadınla bağlı bu cəza ləğv olunub.
“İranda etiraz aksiyalarının iştirakçısı olan və bu axşam edam edilməli olan səkkiz qadının zərər görməyəcəyi barədə məlumat daxil olub. Onlardan dördü dərhal azad ediləcək, digər dördü isə bir ay müddətinə nəzarət altında saxlanılacaq.”
Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib və qeyd edib ki, onun çağırışının nəzərə alınmasına görə İran rəhbərliyinə təşəkkür edir.
Bir gün əvvəl Donald Tramp ABŞ tərəfinin məlumatına əsasən edam gözləyən səkkiz qadının azad olunması üçün İran hakimiyyətinə çağırış etmişdi. Onun sözlərinə görə, bu addım “danışıqlar üçün əla başlanğıc” ola bilər.
Bundan əvvəl bir sıra KİV-lərdə İranda ötən ilin sonu və bu ilin əvvəlində keçirilən etiraz aksiyalarının iştirakçılarına, o cümlədən qadınlara qarşı asılma yolu ilə ölüm hökmü çıxarıldığı barədə məlumatlar yayılmışdı.

