Britaniya şahzadəsi Harri elan olunmamış səfərlə Kiyevə gəlib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Səfərin məqsədi və proqramı hələlik açıqlanmır.
Qeyd edək ki, Şahzadə Harri bundan əvvəl 2025-ci ilin sentyabrında Kiyevdə olub. O zaman Ukraynanın baş naziri ilə görüş keçirərək ölkənin bərpasına dəstək planlarını müzakirə etmişdi. Onun təsis etdiyi Invictus Games Foundation fondu Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin reabilitasiyasına yardım göstərir.

