İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü müsbət qiymətləndirib. Diplomat bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər, regional məsələlər və Yaxın Şərqdəki münaqişə müzakirə olunub. “Cənab Putin ilə çox yaxşı görüşüm oldu, bu görüş bəlkə də bir saat yarımdan çox davam etdi. Biz bütün mövzuları — həm ikitərəfli münasibətləri, həm regional məsələləri, həm də ABŞ və İsrail rejimlərinin aqressiyasını ətraflı müzakirə etdik”, — deyə Abbas Araqçi qeyd edib.
“ABŞ rejiminin aqressiyası müzakirə olundu” - Araqçi Putinlə görüşdən danışdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

