Kolumbiya prezidenti Qustavo Petro İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitler və ispan konkistadoru Ernan Korteslə müqayisə edib.
O, bu barədə X sosial şəbəkəsində yazıb.
Kortesin həyata keçirdiyi soyqırımı Netanyahu tərəfindən törədilənlə müqayisə etmək olar, hətta daha dəhşətlidir. Hitler və Kortesin törətdiyi qətllərin qurbanlarının sayı milyonlarla ölçülür, — deyə Qustavo Petro bildirib.
Kolumbiya lideri bu sözləri Madrid muxtar icmasının rəhbəri İsabel Dias Ayusonun açıqlamasına cavab olaraq yazıb.
Ayuso Meksika prezidenti Klaudiya Şeynbaumu, Ernan Kortesin xatirəsini yad etmək istədiyi üçün onu ölkədən “qovmaqda” ittiham etmişdi.

