İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin FPV-dronlardan müdafiə sistemlərinin yaradılmasına pul əsirgəməyəcəyini bildirib.
Ölkə hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Netanyahu qeyd edib ki, Müdafiə Nazirliyi ilə birlikdə xüsusi tərtibatçılar qrupu formalaşdırılıb.
Son iki həftə ərzində üç görüş keçirmişəm. Lakin bir neçə gün əvvəl baş tutan görüşdə onlara bir qədər təəccüb doğuran bir söz dedim: “Sizin büdcə məhdudiyyətiniz yoxdur”. Bu, nəyə başa gəlirsə-gəlsin, buna dəyər. Bildiyim qədərilə, sizin yaradıcılığınıza və təxəyyülünüzə də heç bir məhdudiyyət yoxdur, çünki siz dünyanın ən yaxşılarısınız,
— deyə siyasətçi bildirib.

