Kolumbiya İranla diplomatik münasibətlərini kəsib.
Bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rəsmi Boqota qərarını İran hökumətinin beynəlxalq terror təşkilatları və narkoterrorçu qruplaşmalarla ehtimal olunan əlaqələri ilə əsaslandırıb.
Kolumbiya tərəfinin bildirdiyinə görə, sözügedən qruplaşmaların fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhdid yaradır.
Diplomatik münasibətlərin kəsilməsi barədə qərar sentyabrın 19-dan qüvvəyə minib. Kolumbiya Xarici İşlər Nazirliyi bunu sentyabrın 24-də rəsmən elan edib.
Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar Latın Amerikası, Karib hövzəsi ölkələri və Avropa İttifaqı arasında transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Nazir vurğulayıb ki, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə bütün region üçün prioritet məsələdir.
O, bu istiqamətdə hüquq-mühafizə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsinin, məlumat mübadiləsinin intensivləşdirilməsinin və qanunsuz maliyyə axınlarına qarşı mübarizənin vacibliyini qeyd edib.
Eskobar, həmçinin sərhədlərdə, limanlarda və strateji nəqliyyat dəhlizlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

