18 
mar
2024
21:44
4 201

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib-FOTOLAR

18 mar, 2024
21:44
4 201

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib-FOTOLAR

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib.

"Den.az" xəbər verir ki, Novruz bayramı münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tabeli təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri olan təhsil işçiləri ilə görüşüb.

Abşeron rayon və Sumqayıt şəhərlərində keçirilən görüşlərdə Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin, o cümlədən adət- ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasəti qeyd edilib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs islam daxilində birliyi möhkəmləndirməklə yanaşı, mədəniyyətlərarası dialoqa, qlobal sülhə də mühüm töhfə verir. Eyni zamanda bildirilib ki, ölkəmizdə şəhid ailələrinə diqqət və qayğı da dövlətin prioritetləri sırasındadır.

Sonda şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Şahnaz Əliyeva
Den.az














Bizimlə əlaqə saxlayın

Çox oxunanlar