Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Zülfi Hacıyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əli Əsgərov bu il keçirilən buraxılış imtahanında yüksək nailiyyət əldə edərək maksimum 300 bal toplayanlar sırasında yer alıb.
Denmedia.az xəbər verir ki, əldə etdiyi uğur münasibətilə Əli Əsgərovu valideynləri və müəllimləri təbrik ediblər. O da öz növbəsində bu nəticənin qazanılmasında əməyi olan məktəbin direktoru Rəna Rufullayevaya və müəllimlərinə təşəkkürünü bildirib.
O, gələcək planlarından danışarkən kiber təhlükəsizlik sahəsinə maraq göstərdiyini və bu ixtisas üzrə təhsil almaq istədiyini vurğulayıb.
Əli Əsgərovun uğuru bir daha göstərir ki, məqsədyönlü hazırlıq və zəhmət yüksək nəticələrin əldə olunmasında əsas rol oynayır.
Daha ətraflı DenazTV-nin reportajında:

