Liviyanın keçmiş liderinin oğlu Seyf əl-İslam Qəddafinin oğlunun vida mərasimi açıq formatda və beynəlxalq qonaqların iştirakı ilə keçiriləcək. Bu barədə RİA Novosti-yə Qəddafa tayfasının İctimai Şurasının rəhbəri Əli Ramazan məlumat verib.
Mərasim fevralın 6-da Beni-Valid şəhərində baş tutacaq. Əli Ramazan bildirib ki, tədbir qapalı xarakter daşımayacaq və mərasimə təkcə Liviya sakinləri deyil, həmçinin ərəb ölkələrindən və qonşu dövlətlərdən qonaqlar dəvət olunub. Onun sözlərinə görə, aparıcı beynəlxalq media qurumlarının jurnalistləri də akkreditasiya ala biləcəklər.
Bununla belə, təşkilatçılar müəyyən məhdudiyyətlər tətbiq ediblər.
Biz dəfn mərasiminin işıqlandırılması üçün bütün radio və televiziya kanallarını dəvət edirik, İsrail mediası istisna olmaqla. Həmçinin Müəmmar Qəddafiyə və Liviya xalqına qarşı cinayətlərdə əli olanlar bu siyahıya daxil deyil, — deyə Əli Ramazan vurğulayıb.

