ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışıqlarından yorulub.
Bu barədə Wall Street Journal Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, son həftələrdə Tramp və Netanyahu arasında gərginlik artıb. Buna səbəb ABŞ Prezidentinin İranla münaqişənin başa çatdırılmasını dəstəkləməsi, İsrail Baş nazirinin isə hərbi əməliyyatların davam etdirilməsində israrlı olmasıdır.
“Bibi prezidentə niyə nəyisə partlatmalı olduğunu, İsrail kəşfiyyatının bunu necə və nə vaxt edə biləcəyini izah edir, prezident isə dinləyir. Zənglər adətən eyni məzmunda olur”, — WSJ mənbəsi bildirib.
Nəşrin mənbələrinin iddiasına görə, Livandakı vəziyyət müzakirə olunarkən son telefon danışıqlarından birində Tramp Netanyahudan niyə “binaları partlatdığını” soruşub və bu cür addımları dayandırmağı tələb edib.
Məlumata görə, belə söhbətlərdən sonra ABŞ Prezidenti administrasiyasından Netanyahunun bəyanatlarının nə dərəcədə etibarlı olduğunu daha tez-tez soruşmağa başlayıb.

