İspaniyada anomal istilər səbəbindən təxminən 900 nəfər ölüb.
Bu barədə El País qəzeti gündəlik ölüm monitorinqi sisteminin məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, iyun ayında ölkədə orta hava temperaturu +23,2 dərəcə təşkil edib.
Qeyd olunur ki, yay mövsümünün ilk ayı İspaniyada meteoroloji müşahidələrin aparılmağa başladığı 1961-ci ildən bəri ikinci ən isti iyun kimi qeydə alınıb.
Temperatur göstəricisinə görə rekord isə 2025-ci ilin iyununa məxsusdur. Həmin vaxt ölkədə orta temperatur +23,6 dərəcə olmuşdu.

