ABŞ-nin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi 321 günlük missiyadan sonra San-Dieqodakı bazasına qayıdıb.
“The Guardian”ın məlumatına görə, gəminin göyərtəsində təxminən 5 min dənizçi və dəniz piyadası olub.
Təyyarədaşıyan gəmi 2025-ci ilin noyabrında San-Dieqonu tərk edib. İlkin plana əsasən, onun yaz aylarında geri qayıtması nəzərdə tutulurdu. Lakin ABŞ və İsrailin İranla müharibəsi başladıqdan sonra gəmi Yaxın Şərqə yönləndirilib və missiyanın müddəti uzadılıb.
Uzunmüddətli missiya hərbçilər üçün bir sıra çətinliklərlə müşayiət olunub. Dənizçilər ərzaq və gündəlik tələbat mallarının çatışmazlığından şikayət ediblər.
Onlar həmçinin xidmət şəraitinin ağırlaşdığını, ekipajın psixoloji vəziyyətinin və mənəvi ruhunun pisləşdiyini bildiriblər.

