İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai USS Abraham Lincoln aviadaşıyıcısının vəziyyətini istehzalı şəkildə şərh edib.
Bəqai X sosial şəbəkəsində paylaşımında ABŞ-ın aviadaşıyıcını bölgəyə güc nümayiş etdirmək üçün göndərdiyini bildirib.
Onun sözlərinə görə, gəmi aylarla davam edən missiyadan və 200 gündən çox limana daxil olmadan fəaliyyətdən sonra ekipajın istirahəti üçün Taylanda istiqamətlənib.
Bəqai paylaşımında belə yazıb:
“Missiya: ‘Güc’ layihəsi. İndiki missiya: ‘Tətil’ layihəsi. ‘Yoruldum, boss’.”
İran rəsmisi bu ifadəni “Yaşıl mil” filmində Con Koffi obrazının məşhur sitatına istinadən işlədib və paylaşımına həmin personajın fotosunu da əlavə edib.

