Fransada daha yaxşı təhsil şəraiti tələbi ilə keçirilən lisey etirazları fonunda 6 877 nəfər saxlanılıb, 21 nəfər isə həbs edilib.
Fransa Ədliyyə Nazirliyinin yaydığı son məlumata görə, saxlanılanların 86 faizi, yəni 5 890 nəfəri yetkinlik yaşına çatmayanlardır.
Ümumilikdə 2 376 nəfər barəsində cinayət təqibi başlanıb, onlardan 1 547-si məhkəmə qarşısına çıxarılıb.
Həbs edilən 21 nəfərdən 6-sı azyaşlıdır. Bundan başqa, 1 897 nəfər barəsində müəyyən yerlərdə görünməmək, ödənişsiz ictimai işlər və digər alternativ tədbirlər tətbiq olunub.
Fransada lisey şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə sentyabrın 17-də başladığı etirazlar sonradan müxtəlif şəhərlərə yayılıb.
Etirazlar zamanı yüzlərlə şagird və təhlükəsizlik əməkdaşı xəsarət alıb. Polis müdaxiləsi ilə bağlı da bir sıra araşdırmalar başlanıb.
Fransa hökumətinin məlumatına görə, aksiyalar çərçivəsində 200-dən çox lisey şagirdi və 800-dən çox polis və jandarm xəsarət alıb.





