Almaniyanın şərqində Vittenberq yaxınlığında təxminən 600 sərnişin olan ICE qatarı kontakt şəbəkəsinin dağılması səbəbindən yolda qalıb, bu barədə rbb24 polisə və Deutsche Bahna istinadən xəbər verir. Hərəkət aprelin 11-də həmin hissədə iflic olub.
İlkin məlumata görə, qatar Berlindən Leypsiqə gedirmiş və Brandenburq sərhədini keçdikdən az sonra dayanıb. Qırılan naqil birbaşa vaqonların üzərinə düşərək bir neçə pəncərəni sındırıb. Qırıntılar iki sərnişinə dəyib, onlar yüngül xəsarət alıblar.
Hazırda xəttin həmin hissəsi bağlanıb, qatarlar alternativ marşrutla hərəkət edir. Deutsche Bahn bildirib ki, Leypsiqdən artıq ehtiyat qatar göndərilib və sərnişinlər həmin qatarla daşınacaq.

