Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.
"Denmedia.az"ın məlumata görə, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.
Məlumatlarda qeyd olunur ki, şəhər ərazisində qeyri-qanuni tikintilərin aparılmasına şəraiti Rəşad Əhmədəliyev yaradırmış. Səkilərin zəbt edilərək obyektlərin yerləşdirilməsi kimi hallarda onun adı hallanır. Eyni zamanda, bu proseslərdə külli miqdarda qeyri-rəsmi ödənişlərin alınması və milyonlarla vəsaitin mənimsəməsi kimi hallar da baş verib.
Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.

