ABŞ naməlum uçan obyektlərin qəzalarından sonra dörd müxtəlif növ yadplanetli aşkar edib.
Bu barədə New York Post doktor Hel Puthoffa istinadən yazır.
Alim iddia edir ki, bu məlumat ona obyektlərin çıxarılması əməliyyatında iştirak edən şəxslər tərəfindən ötürülüb.
Puthoffun sözlərinə görə, söhbət tamamilə fərqli həyat formalarından gedir. O bildirib ki, onların sayı ən azı dörddür, lakin dəqiq rəqəm açıqlamayıb.
Bununla belə, alim həmin məlumatlara birbaşa çıxışı olmadığını etiraf edib. Lakin mənbələrinə tam güvəndiyini vurğulayıb.

