Almaniyada keçirilən futbol matçı zamanı baş verən iğtişaşlarda təxminən 35 polis əməkdaşı xəsarət alıb.
Mannhaym Polis İdarəsinin məlumatına görə, hadisə ölkə kubokunun “Valdhof” və “Kayzerslautern” klubları arasında keçirilən oyunu zamanı baş verib.
Ümumilikdə 85 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 8-i xəstəxanaya yerləşdirilib.
Qarşıdurmalar zamanı 33 federal polis əməkdaşı və Baden-Vürtemberq polisinin daha 2 əməkdaşı yaralanıb.
Vəziyyətə nəzarəti bərpa etmək üçün atlı polis qüvvələri də hadisə yerinə cəlb olunub. Bir neçə azarkeş saxlanılıb.
Oyunda ictimai asayişin qorunmasına ümumilikdə təxminən 1,4 min hüquq-mühafizə əməkdaşı cəlb edilmişdi.

