Gəncədə 64 yaşlı qadının qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Food City” bazarında qeydə alınıb.
Bazarda qadın geyimlərinin satışı ilə məşğul olan 64 yaşlı L.Verdiyeva kəsici alətlə ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa və tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə qadınla oğlu arasında yaranan mübahisə zamanı baş verib.
Son məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində L.Verdiyevanı qətlə yetirməkdə şübhəli bilinən 44 yaşlı oğlu Ramin İsmayılov saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

