Sumqayıt Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında açıq birincilik keçirilib.
Denmedia.az xəbər verie ki, yarışda müxtəlif çəki dərəcələrində çıxış edən gənc idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.
Keçirilən birincilikdə 38 kq çəki dərəcəsində mübarizə aparan idmançı, Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Polad Rəsulzadə uğurlu çıxışı ilə II yerə layiq görülüb.
Göstərdiyi əzmkarlıq və peşəkarlığa görə o, təşkilatçılar tərəfindən diplomla təltif edilib.
Təltifetmə mərasimi zamanı qaliblərə diplomlar və xatirə nişanları təqdim olunub.
Qeyd edək ki, bu cür yarışlar gənc idmançıların fiziki inkişafında, cüdo idman növünə marağın artırılmasında və gələcək peşəkar idmançıların formalaşmasında mühüm rol oynayır.
Ellada Rəsul
Denmedia.az

