Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun yarımmüdafiəçisi Kriştianu Ronaldu ailəsi ilə birlikdə şəxsi təyyarə ilə Səudiyyə Ərəbistanını təcili tərk edib. Bu barədə The Sun nəşri məlumat yayıb.
Ronaldu nişanlısı Corcina Rodriges və beş övladı ilə birlikdə Ər-Riyadda yaşayırdı. Ötən həftənin sonunda şəhər Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və hücumların davam etdiyi bildirilir.
Cari mövsümdə 41 yaşlı futbolçu bütün turnirlərdə “Əl-Nəsr” forması ilə 22 oyunda 20 qol vurub.
Xatırladaq ki, fevral ayında Ronaldu klub rəhbərliyindən narazı qalaraq bir neçə oyunu boykot etmişdi. O, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən klubun idarə olunmasından məmnun deyildi və hesab edirdi ki, digər klublarla, xüsusilə “Əl-Hilal” ilə müqayisədə komandaya daha az diqqət və resurs ayrılır. Daha sonra futbolçu yenidən heyətə qayıtmışdı.

