“Milan”ın və Portuqaliya millisinin vingeri Rafael Leau sosial şəbəkə paylaşımına görə seksizmdə ittiham olunub.
Bu barədə Sports24.kz yazıb.
Məlumata görə, futbolçu sosial şəbəkə hesablarından birində qızlara müraciət edərək onlardan futbolu yaxşı bildiklərini göstərməmələrini istəyib.
“Qızlar, dünya çempionatı bitdi. Artıq futbolu başa düşürmüş kimi davranmaya bilərsiniz,” — deyə Leau yazıb.
Bu paylaşım sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub.
Tənqidlərdən sonra futbolçu paylaşımını silib və həmin hesabı “ciddi qəbul etməməyi” xahiş edib.

