Dünya futbolunun ulduzlarından Kriştianu Ronaldu və uzun illərdir birlikdə olduğu model Corcina Rodriges rəsmi nikaha daxil olublar. Cütlüyün qapalı toy mərasimi 11 avqustda Portuqaliyanın Kaşkayş şəhərində keçirilib. Mərasimin intim mülki nikah formatında baş tutduğu bildirilir.

Ronaldu və Rodriges 2016-cı ildə Madriddəki “Gucci” mağazasında tanış olublar. Həmin vaxt Rodriges mağazada satış məsləhətçisi işləyirdi. Onların münasibəti daha sonra romantik əlaqəyə çevrilib və cütlük 2017-ci ilin yanvarında ilk dəfə birlikdə ictimai tədbirə qatılıb.

Cütlük böyük ailə qurub. Onların Alana Martina və Bella Esmeralda adlı iki ortaq qızı var. 2022-ci ildə isə cütlük ağır itki yaşayıb – əkiz uşaqlarından oğlan doğuş zamanı həyatını itirib. Ronaldu ümumilikdə beş uşaq atasıdır.


