İspaniyalı model Corcina Rodriges portuqaliyalı futbolçu Kriştianu Ronaldunun üç böyük övladını rəsmən övladlığa götürüb.
“Bild” qəzetinin məlumatına görə, bunun cütlüyün toyundan bir həftə sonra baş verdiyi bildirilir.
Mənbənin məlumatına əsasən, övladlığa götürmə prosesi ictimaiyyətdən gizli şəkildə həyata keçirilib. Cütlük bütün zəruri sənədləri mediadan uzaq şəkildə rəsmiləşdirib.

Corcina Rodriges təxminən 10 ilə yaxındır birlikdə olduğu Ronaldunun övladlarına öz uşaqları kimi münasibət göstərib.
Cütlüyün, həmçinin iki ortaq övladı – Alana Martina və Bella Esmeralda adlı qızları var.

