BŞ Prezidenti Donald Tramp Konqresin Senatında müzakirə olunan Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini faktiki olaraq dəstəkləyib.
Reuters yazır ki, Tramp İrana aid məhdudiyyətlərin yalnız ənənəvi sanksiyalarla deyil, gömrük rüsumları formasında da tətbiq edilməli olduğunu bildirib. Onun sözlərinə görə, oxşar tədbirlər Rusiyaya qarşı da nəzərdə tutulmalıdır.
Qanun layihəsi ABŞ Prezidentinə Rusiya enerjisinin əsas alıcılarına 100 faizə qədər gömrük rüsumu tətbiq etmək, həmçinin Rusiya və İranın rəsmilərinə və maliyyə mənbələrinə qarşı yeni məhdudiyyətlər qoymaq səlahiyyəti verə bilər.
Bununla belə, Tramp sənədin Nümayəndələr Palatasında sürətlə qəbul edilməsi üçün Konqresin avqust tətilinin yarımçıq dayandırılmasını zəruri hesab etmədiyini deyib.
Qanun layihəsi Senatda ilkin prosedur səsverməsindən keçsə də, qüvvəyə minməsi üçün həm Senatın yekun təsdiqi, həm də Nümayəndələr Palatasının razılığı tələb olunur.

