Kanadanın Baş naziri Mark Karninin ABŞ mallarına cavab rüsumları tətbiq etməsi ölkəni Vaşinqtonla ticarət müharibəsinin astanasına gətirib.
“The Economist” yazır ki, danışıqların nəticəsiz qalmasından sonra Ottavanın atdığı addımlar Kanada üçün ciddi iqtisadi risklər yaradır.
Nəşrin qiymətləndirməsinə görə, ABŞ iqtisadiyyatı Kanada iqtisadiyyatından təxminən 13 dəfə böyükdür və bazar payının müəyyən hissəsini itirməyə daha asan tab gətirə bilər.
Kanada üçün vəziyyət daha həssasdır. Ölkənin ixracının təxminən üçdə ikisi ABŞ bazarına yönəlir. Buna görə genişmiqyaslı ticarət qarşıdurmasının nəticələrinin Ottava üçün daha ağır ola biləcəyi vurğulanır.
“The Economist” hesab edir ki, Mark Karni gərginliyin daha da artmasına imkan verməməlidir, çünki Kanada belə bir ticarət savaşında üstün mövqedə deyil.

