ABŞ-ın Miçiqan ştatında baş verən atışma nəticəsində beş nəfər ölüb, bu barədə Associated Press məlumat yayıb. Hücumda şübhəli bilinən şəxs də hüquq-mühafizə orqanları tərəfindən ölü vəziyyətdə aşkarlanıb.
Polis atışma barədə məlumat daxil olduqdan sonra evlərdən birinə gəlib. Evdə üç nəfərin meyiti və bir yaralı aşkarlanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Şübhəlinin axtarışı zamanı polis başqa bir evdə daha bir nəfərin meyitini tapıb. Hüquq-mühafizə orqanları ehtimal olunan hücum edənin şəxsiyyətini müəyyənləşdirib. Onun 39 yaşlı Çed Hikman olduğu məlum olub.
Daha sonra polis Hikmana məxsus avtomobili meşəlik ərazidə aşkar edib. Avtomobilin yaxınlığında şübhəlinin özü və daha bir şəxsin meyiti tapılıb.

