Xəbər verdiyimiz kimi, Abşeronda qonşulara arasında düşən mübahisə zamanı qətl hadisəsi törədilib.
Denmedia.az xəbər verir ki, hadisə Xırdalan şəhər Yusif Məmmədəliyev 91 ünvanında baş verib.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu Ceyhun Cəbrayılov tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisənin bəzi təfərrüatları da məlum olub. Belə ki, qətl törədilməmişdən əvvəl qonşuluqda yaşayan Ayxan Aslanovla mərhumun qardaşı Rusif Abdullayev arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Ayxan telefonla danışarkən onun yanında mərhumun qardaşının dayanması olub. Ayxan Aslanov Rusif Abdullayevə görürsən telefonla danışıram niyə dayanmısan ifadəsini işlədib. Mübahisədən bir müddət sonra Ayxanla birlikdə hadisə yerinə gələrək mübahisəyə aydınlıq gətirməyə çalışan Ceyhun Cəbrayılov bıçaqla Rasif Abdullayevə ürək nahiyəsi və bədəninin müxtəlif hissələrindən çoxsaylı zərbələr endirib. 31 yaşlı Rasif Abdullayev ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Video əlavə ediləcək...
Nizami Rəsulov
Denmedia.az

