Balakən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) regional mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər nəticəsində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasında şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.
Araşdırma zamanı ona məxsus qarğıdalı sahəsində 169 kol çətənə bitkisi, həmçinin 21 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Gəncəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

