Barmaqları çıqqıldatmaq vərdişi çoxları üçün zərərsiz bir rahatlama üsulu kimi görünür, amma bu hərəkət o qədər də günahsız deyil. Barmaqlar “çıqq” səsi çıxardıqda, əslində oynağın içindəki mayedə olan qaz baloncukları partlayır. Səsin özü təhlükəli olmasa da, vərdiş uzun müddət davam etdikdə oynaqlara təsir etməyə başlayır.
Barmaqları tez-tez və güclü çıqqıldatmaq aşağıdakı nəticələrə gətirib çıxara bilər:
— oynaqların vaxtından əvvəl aşınması,
— bağların boşalması və zəifləməsi,
— oynaq kapsulunun gərginləşməsi və zədələnməsi,
— təkrarlanan hərəkətlər səbəbindən iltihabi proseslərin yaranması.
Elm birbaşa “çıqqıldatmaq artrit yaradır” demir, amma ortopedlər uzun illər davam edən bu vərdişin oynaqlara mikrozədələr verdiyini, zamanla bunun ağrı, şişkinlik, sərtlik və hərəkət məhdudiyyəti ilə nəticələnə biləcəyini bildirirlər.
Əgər bu vərdiş səndə çoxdursa, bir az azaltmaq yaxşı olar. Oynaqlar da bir az sakitlik istəyir.

