DenMedia.az xəbər verir ki, dietoloq Viktoriya Govoruşkonun *“Radio 1”*ə dediyinə görə, heyvani mənşəli zülal aclıq hormonu kimi tanınan grelinin səviyyəsini aşağı salır. Mütəxəssis bildirib ki, insanın yeməyə qarşı qəfil və güclü həvəsi çox vaxt “zəif iradə” ilə yox, bədən daxilindəki biokimyəvi proseslərlə bağlıdır.
Govoruşko deyib:
“Orqanizm üçün aclıq qorxusu ölümdən də betərdir. Və bu hissi yalnız heyvani mənşəli zülal söndürə bilir. Nə bulka, nə şirniyyat, nə yerkökü, nə də xiyar. Aclıq hormonunu susduran yeganə şey — heyvani zülaldır.”
Həkim xəbərdarlıq edib ki, ani aclıq tutmaları və porsiya nizamsızlığı yaşamamaq üçün qidalanmaya mütləq şəkildə ət, balıq, yumurta daxil edilməlidir. Həmçinin rasionda süd məhsullarına da yer verilməlidir.
Govoruşko əlavə edib:
“Uzun yemək fasilələrinə yol vermək olmaz. Qida intervalı uzandıqca, orqanizmdə aclıq reaksiyası daha kəskin olur.”

