Giləmeyvələrin mümkün faydaları siyahısına daha biri əlavə olunub. İtaliyanın Milan Universiteti və Paviya Universitetinin alimləri araşdırma apararaq belə nəticəyə gəliblər ki, giləmeyvələrin tərkibindəki polifenollar sümüklərin mineral sıxlığının qorunmasına və iltihabdan müdafiəsinə kömək edə bilər. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.
Alimlər nə aşkar edib?
Mütəxəssislər giləmeyvələrdə olan antosianinlərə həsr edilmiş 19 klinik və laboratoriya araşdırmasını təhlil ediblər. Antosianinlər moruq, böyürtkən və göyəmeyvəyə tünd rəng verən piqmentlərdir və iltihabı, həmçinin oksidativ stresin sümük toxumasına təsirini azaldır.
Müşahidələr göstərib ki, daha çox giləmeyvə yeyən insanlarda sümüklərin mineral sıxlığı daha yüksək olur. Laboratoriya şəraitində də bu təsir təsdiqlənib: giləmeyvə ekstraktları sümükləri dağıdan hüceyrələrin (osteoklastların) fəaliyyətini zəiflədir, sümük formalaşdıran hüceyrələri (osteoblastları) isə aktivləşdirir.
Sümükləri möhkəmləndirmək üçün hansı giləmeyvələr seçilməlidir?
Alimlər qeyd edirlər ki, sübut bazası hələ tam formalaşmayıb və araşdırmalar davam edir. Lakin artıq məlumdur ki, antosianinlərin ən yüksək miqdarı tünd rəngli giləmeyvələrdə olur:
- qaragilə;
- böyürtkən;
qara qarağat;
böyürtkən
Mütəxəssislər vurğulayır ki, dondurulma zamanı antosianinlər demək olar ki, parçalanmır, buna görə qış aylarında dondurulmuş giləmeyvələr də uyğundur. Əsas şərt — onları dəfələrlə əridib-dondurmamaqdır.
Eyni zamanda həkimlər xatırladırlar ki, yalnız giləmeyvə kifayət deyil — sağlam sümüklər üçün qidalanma mütləq çeşidli olmalıdır.

