Vegetarian qidalanma B12 vitamininin mənimsənilməsi ilə bağlı problemi olan insanlar üçün uyğun olmaya bilər. Bunu LIFE.ru-ya biologiya elmləri namizədi Yekaterina Surkova bildirib.
O qeyd edib ki, B12 vitamini bitki mənşəli qidalarda demək olar ki, yoxdur.

Surkova deyib:
Bəzi insanlarda genetik xüsusiyyətlər B12 vitamininin hüceyrələrə daxil olmasını azalda və ya orqanizmin bu vitaminə tələbatını artıra bilər. Nəticədə analiz göstəriciləri formal olaraq normal olsa belə, defisit yarana bilər.
Bioloq vurğulayıb ki, ətdən imtina edilən qidalanma modelinə keçid mütəmadi laborator müayinələr tələb edir. Onun sözlərinə görə, bu, rasionu düzgün planlaşdırmağa və vitamin çatışmazlığının qarşısını almağa kömək edir.

