Qurudulmuş manqonun 100 qramında 70–75 qram şəkər ola bilər. “Yle” nəşrinin məlumatına görə, bu göstərici “Coca-Cola”dakı şəkər miqdarından təxminən 6 dəfə çoxdur.
Mütəxəssislər yüksək şəkər miqdarını qurutma zamanı meyvənin tərkibindəki suyun azalması ilə izah edirlər. Maye çıxarıldıqca məhsulun şəkəri daha konsentrat hala gəlir.

Ekspertlərin sözlərinə görə, orqanizm üçün konfetdən və qurudulmuş meyvədən alınan sürətli karbohidratlar arasında ciddi fərq yoxdur.
Qurudulmuş meyvələrdə şəkərin çox olması səbəbindən onlar dişlərə adi şirniyyatlar kimi təsir göstərə bilər. Digər problem isə məhsulun kiçik ölçüdə olmasıdır. Bu da insanın fərqinə varmadan çox yeməsi riskini artırır.
Bununla belə, qurudulmuş manqo lif və A vitamini də ehtiva edir.

