"Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının” və "Azərbaycan Maarifçilər Assosiasiyasının” üzvü, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədr müavini, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin və 37 nömrəli məktəbin müəllimi Xəyalə Maarifqızının təşəbbüsü ilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin giziri Qəzənfər Mütəllimovun mövluduna həsr olunmuş "Xüsusi Təyinatlı Pələng" adlı tədbir keçirilib.
Den.az xəbər verir ki, tədbirdə şəhid valideynləri,müharibə əlilləri, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir canlarını vətənin azadlığı və suverenliyi yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Çıxış edən Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdaroğlu şəhadətin ucalığından danışaraq şəhidlərimizin ruhunu yad edib.
Qəzənfər Mütəllimovun döyüş yoldaşları onun rəşadətli döyüş yolundan danışıblar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən şəhid ailələri, müharibə veteranları, Vətən müharibəsi qaziləri ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılmasının dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid anaları ilə görüşlərinin birində səsləndirdiyi fikrə toxunan aparıcı şəhid anaları olan qəhrəman analarını səhnəyə dəvət edib.Cəmiyyətdə təhsilin təbliğinə can atan, təhsil sistemində, təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsinə çalışan vətənpərvər yazar Xəyalə Həmzəliyeva tədbirin mahiyyəti, vətənpərvərlik fəlsəfəsinin mahiyyətini qeyd edərək gələn qonaqlara minnətdarlığını bildirib.
Çıxışlardan sonra tədbir vətənpərvərlik ruhunda bəstələnmiş ədəbi- bədii kompozisiyalar və xatirə şəkillərinin çəkilməsi ilə davam edib.Şahnaz Əliyeva
Den.az
Sumqayıtda "Xüsusi Təyinatlı Pələng" adlı tədbir keçirilib - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.