Bakıda avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə daha iki küçədə xüsusi hərəkət zolaqları təşkil edilib.
AYNA-dan Denmedia.az-a bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb.
Yeni zolaqların əsas məqsədi sərnişinlərin vaxt itkisinə məruz qalmadan, rahat və maneəsiz daşınmasını təmin etməkdir.
Bildirilib ki, həmin zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir.

