Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas özəl söhbətlərdə Avropa Komissiyasının sədri Ursula fon der Leyeni “diktator” adlandırır. Bu barədə yüksəkvəzifəli avropalı rəsminin sözlərinə istinadən Politico yazır.
Mənbənin bildirdiyinə görə, Kallas qapalı müzakirələrdə fon der Lyayenin idarəçilik tərzindən narazılıq edir və onun “diktator” kimi davrandığını deyir. Eyni zamanda vurğulanır ki, Aİ diplomatiyasının rəhbəri bu vəziyyətlə bağlı az və ya heç nə edə bilmədiyini anlayır.
Politico qeyd edir ki, Ursula fon der Lyayenin əvvəlki Aİ diplomatiya rəhbəri Josep Borrelllə münasibətləri də gərgin olub, lakin Kallasla münasibətlər daha da pisdir. Nəşr həmçinin vurğulayır ki, Kallasın kiçik Estoniyadan olması onun mövqeyini, İspaniyadan olan Borrel ilə müqayisədə, daha da zəiflədir.

