Bakıda Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə “Belçika müstəmləkəçiliyinin ədalətsizliyi və reparasiyalar uğrunda 101 illik mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası, Ruanda və Burundidən rəsmi şəxslər, eləcə də Mərakeş, Cənubi Afrika Respublikası və BMT nümayəndələri iştirak edəcəklər.
Qeyd olunur ki, Belçikanın sözügedən keçmiş müstəmləkələrdə hələ də neokolonial təsirini saxladığı bildirilir.
Konfransın qonaqları arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatlar, həmçinin BMT ekspertləri yer alacaq.
Tədbirdə, həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və digər şəxslər iştirak edəcəklər.

