Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandırıb.
O, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Mirziyoyev bildirib ki, iki ölkə arasındakı münasibətlərin təməlində vahid sivilizasiya kodu, ortaq tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır.
Özbəkistan Prezidenti vurğulayıb ki, məhz bu dərin bağlılıq Azərbaycan-Özbəkistan münasibətlərini “monolit və xarici konyunkturadan asılı olmayan” səviyyəyə gətirib.

