16 
sen
2023
17:36
234

"ABŞ Rusiyanın məxfi kordinatlarını Ukraynaya ötürür" - ŞOK AÇIQLAMA

16 sen, 2023
17:36
234

"ABŞ Rusiyanın məxfi kordinatlarını Ukraynaya ötürür" - ŞOK AÇIQLAMA

"ABŞ göndərilən silahlardan Ukrayna sərhədləri xaricində istifadəni təşviq etmir, hədəf seçimini Kiyevin öhdəsinə buraxır". Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. O bildirib ki, hədəf seçimi ukraynalılarındır və ABŞ silah sistemlərinin Ukraynadan kənarda istifadəsini təşviq etmir.

Bəs görəsən, müharibədə Kiyevə hər cür dəstək verən ABŞ-ın hədəflərin vurulmasına qarışmaması ilə bağlı mövqeyi nə dərəcədə realdır? 

Mövzunu "Den.az"a şərh edən politoloq Elman Vəliyev bildirib ki, müharibədə əsas strateji hədəflərin və silah arsenallarının məhv edilməsidir: "Amerika buna tapşırıq verməsə də, Ukraynada strateji hədəfləri və silah arsenallarını məhv etməyi düşünən kifayət qədər peşəkar hərbçilər mövcuddur. Yəni Ukrayna da buna qadirdir. Sadəcə Amerikanın bu barədə köməyi Kremlin çox məxfi hədəflərinin kordinatlarını Ukraynaya ötürməkdən ibarət ola bilər", - politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar