15 
noy
2023
00:11
184

“Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibin” yaradılmasına hesablanıb" - ŞOK DETALLAR

15 noy, 2023
00:11
184

“Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibin” yaradılmasına hesablanıb" - ŞOK DETALLAR

"Avropa İttifaqının nümayəndəsi Cozef Borelin son açıqlaması Qərbin “Azərbaycanın Ermənistana hücum edəcəyi” ittihamını informasiya müstəvisindən rəsmi səviyyəyə yüksəltməsi deməkdir. Borel bildirir ki, Azərbaycana “Ermənistanın ərazi bütövlüyü pozulmasının ağır nəticələrinin olacağı” haqda xəbərdarlıq ediblər. Qəribə situasiya yaranıb. Rəsmi Bakı hansısa hücum hazırlığının olmadığını deyir, hətta “hücum ittihamlarının” istinad nöqtəsi olan Zəngəzur dəhlizinə marağın itdiyini bəyan edib, Qarabağda antiterror tədbirlərindən sonra hərbi müstəvidə də hansısa hərəkətlilik yoxdur, əksinə Azərbaycan sülh gündəliyini önə çıxarıb, buna rəğmən, ittihamlar dayanmır, əksinə daha da artır və Bakının bütün açıqlamaları, təkzibləri gözardı edilir; Bütün bunlar Cənubi Qafqazda müəyyən ssenarilərin tətbiqinə hazırlığın tərkib hissəsidir və hədəf məlumdur".

Bu fikirləri "Den.az"a açıqlamasındasiyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, cari hədəf Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməkdir: "Ortamüddətli hədəf Rusiyanı Ermənistandan çıxarmaq, bölgədə mövqelərini zəiflətməkdir. Uzaqmüddətli hədəf isə dəhlizlər uğrunda mübarizədə Orta dəhlizin önünü kəsmək üçün yeni münaqişə ocağı yaratmaq, bu marşrutda təsir imkanları qazanmaqdır. Cari hədəf istiqamətində intensiv addımlar atılır:

Fransa Ermənistanın silahlandırılmasını və ordusunun yenidən dizayn edilməsini üzərinə götürüb;

Avropa İttifaqının müşahidə missiyasının sayı artırılır;

Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması NATO-nun bu missiya adı altında Ermənistana daxil olması kimi də qəbul edilə bilər;

Ermənistana hərbi yardım təkcə Fransa ilə məhdudlaşmır, Aİ Sülh Fondu çərçivəsində prosesə qoşulur;

Cari hədəfə paralel şəkildə həyata keçirilə bilər, çünki Qərb İrəvan üzərindən bölgədə möhkəmlənərkən, Moskvanın əks-həmlələrinin də qarşısını almalıdır. Bu hədəfə nail olmaq, Rusiyanın Ermənistandakı təhlükəsizlik rolunu sıradan çıxarmaq və onun yerini tutmaq üçün əsas-bəhanə lazımdır. Bu hədəfə aparan yolda Azərbaycanın vasitə olaraq seçildiyi görünür. Və hazırlanan ssenaridə sərhəd təxribatının törədiləcəyi istisna deyil. Ermənistan Azərbaycana hücum edir və yaranan eskalasiya fonunda Rusiyanın, eləcə də KTMT-nin “müdafiə öhdəliklərini” yerinə yetirmədiyini əsas gətirərək, “təhlükəsizlik müttəfiqini” dəyişdirməyi, təşkilatdan çıxmağı aktuallaşdırır. Bakının bütün təkziblərinin, rəsmi açıqlamalarının gözardı edilərək, irəli sürlən “Azərbaycan Ermənistana hücum edəcək” ittihamı ictimai rəydə “alibin” yaradılmasına hesablanıb. Və Borelin timsalında ittihamın rəsmiləşdirilməsi prosesdə təxribat mərhələsinə keçildiyi, yaxud yaxın dövrdə keçiləcəyi ehtimalını ön plana çıxarır".

Politoloqun sözlərinə görə, bu kontekstdə əsas diqqətçəkən məqam Nikol Paşinyanın KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsidir: "Nikol anlayır ki, bu, Rusiyanın təzyiqinin artmasına səbəb olacaq və sammit gününə qədər, eləcə də ondan sonra Moskva-İrəvan xəttində kəskinləşməni gücləndirəcək. Azərbaycanla sərhəddə eskalasiyanın yaradılması ssenarisi də həm Moskvanı qabaqlamaq, həm də İrəvanın təşkilatdan çıxmasını aktuallaşdırmaq məqsədilə məhz KTMT-nin sammiti ərəfəsində tətbiq edilə bilər. Mümkün təxribat ssenarisində proseslərin nəzarətdən çıxması və genişmiqyaslı hal alması gözləntisi də var. Əslində Orta dəhliz üzərində qanlı toqquşma planlarında hədəflərdən birinin bu olduğu da istisna edilməməlidir".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar